Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günlərinin açılışında iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günlərinin açılışında iştirak edib

25 yanvar 2024 19:02

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Heydər Əliyev Mərkəzində keçirilən Özbəkistanın Azərbaycanda Elm və Mədəniyyət Günlərinin açılışında iştirak edib.

Tədbirdə beynəlxalq multimedia layihəsinin - 60 cildlik "Özbəkistanın mədəni irsi dünya kolleksiyalarında" kitab-albomlarının, Özbəkistanın mədəni irsinin öyrənilməsi, qorunması və təbliği üzrə Dünya cəmiyyəti layihəsinin təqdimatı və Özbəkistanın sənət ustalarının iştirakı ilə konsert proqramı keçirilib.

Açılışda ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Özbəkistan Respublikasının Ali Məclisinin Qanunvericilik Palatası sədrinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyəti, mədəniyyət və ictimaiyyət xadimləri, KİV təmsilçiləri iştirak ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur