Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb

09 fevral 2024 12:50

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov ilə görüşüb.
Görüşdə Aktotı Raimkulova Fondun fəaliyyətindən, Türk xalqlarının mədəni irsinin qorunub saxlanılması və beynəlxalq aləmdə təbliği məqsədilə təşkilat tərəfindən həyata keçirilməsi planlaşdırılan yeni layihələrdən danışıb. Fondun prezidenti qeyd edib ki, rəhbərlik etdiyi təınşkilat fəaliyyətində Türk xalqlarının bir-birinə daha da yaxınlaşdırılması ilə bağlı məsələlər mühüm yer tutur.
Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov təşkilat tərəfindən Türk Dünyasının mədəni dəyərlərinin qorunmasına yönəlmiş “Türk dünyasının mədəni irsi haqqında” Konvensiyanın hazırlanmasını yüksək qiymətləndirib. Səfir Türk xalqlarının çoxəsrlik tarixinin və zəngin mədəniyyətinin mühafizəsinin və təbliğinin əhəmiyyətini vurğulayaraq, birgə layihələrin həyata keçirilməsinə dəstəyini vurğulayıb.
Görüş Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistanın Azərbaycandakı Səfirliyi arasında əməkdaşlığın daha da gücləndirilməsinin müzakirəsi ilə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur