Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qazaxıstanın mədəniyyət və informasiya naziri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qazaxıstan Respublikasına rəsmi səfəri çərçivəsində Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva ilə görüşüb.
Görüşdə Fond ilə təşkilatın qurucu üzv ölkəsi Qazaxıstan Respublikası arasında qarşılıqlı əməkdaşlıq münasibətlərindən söz açılıb. Tərəflər Fondun Qazaxıstanın zəngin mədəni irsinin qorunması, tanıdılması yönündə cari və növbəti il üzrə fəaliyyətinin istiqamətlərinə dair müzakirələr ediblər.
Eyni zamanda görüşdə “Türk Vizyonu 2040” strateji programı çərçivəsində Fondun üzərinə qoyulan “Türk Dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın icrası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Fondun Şurasının yaradılmasından, eləcə də təşkilata üzv ölkələrin mədəniyyət nazirlərinin iştirakları ilə keçiriləcək Şura iclası üçün görülən hazırlıq işlərindən bəhs olunub.
Qazaxıstan Respublikasının mədəniyyət və informasiya naziri Aida Balayeva Fond tərəfindən hazırlanan Konvensiyanın Türk Dünyası üçün əhəmiyyətini qeyd edərək, bu sahədə tərəfdaşlığa tam dəstək ifadə edib. O, həmçinin Fondun Şurasının yaradılması istiqamətində təşkilatın səylərini yüksək qiymətləndirərək, Şuranın mart ayında keçiriləcək iclasında iştirakını təsdiqləyib.
Görüş Fond ilə Qazaxıstan arasında iş birliyi əlaqələrinin gələcək perspektivlərinə və qarşılıqlı maraq doğuran məsələlərə dair müzakirələrlə davam edib.