Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini ilə görüş keçirib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini ilə görüş keçirib

23 fevral 2024 11:11

Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikası Nazirlər Kabinetinin sədr müavini Edil Baysalov ilə görüşüb.

Edil Baysalov Aktotı Raimkulovanı dövlətlərarası təşkilatın yüksək vəzifəsinə təyin olunması münasibətilə təbrik edib, həmçinin Fondun təsisçi ölkələrindən olan Qırğızıstanın zəngin mədəni irsinin təbliğində Fondun aktiv fəaliyyətinə görə minnətdarlığını bildirib.

Aktotı Raimkulova Qırğızıstana səfəri zamanı keçirilmiş ikitərəfli görüşlərin nəticələri barədə Qırğızıstan tərəfini məlumatlandırıb.

Fondun 2024 və 2025-ci illər üçün planlarına, o cümlədən Türk Dünyasının Mədəni İrsinin Qorunması üzrə Konvensiyanın yaradılması istiqamətində gördüyü işlərə xüsusi diqqət yetirilib. 2024-cü il üçün nəzərdə tutulan tədbirlər müzakirə edilib.

Görüş zamanı tərəflər əməkdaşlığın daha da genişləndirilməsi ilə bağlı aktual məsələləri müzakirə ediblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur