Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikası Prezidenti Administrasiyasında görüş keçirib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğız Respublikası Prezidenti Administrasiyasında görüş keçirib

19 fevral 2024 14:02

19 fevral 2024-cü il tarixində Qırğız Respublikasına səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev ilə görüşüb.

Aktotı Raimkulova Qırğızıstan tərəfini Fondun 2024 və 2025-ci illər üçün planları barədə məlumatlandırıb, həmçinin 2023-cü il noyabrın 3-də qəbul edilmiş Türk Dövlətləri Təşkilatının strateji sənədi - Astana Aktının həyata keçirilməsinə dair Fondun baxış sənədini təqdim edib. Fond tərəfindən “Türk Mədəni İrsi haqqında” Konvensiyanın hazırlanması istiqamətində aparılan işlərə xüsusi diqqət yetirilib.

Görüş zamanı həmçinin Türk Dövlətləri Təşkilatının Astana Sammitinin Bəyannaməsinin icrası, eləcə də Türk Dövlətləri Təşkilatının Qırğız Respublikasında keçiriləcək növbəti Sammitinə hazırlıq məsələləri müzakirə olunub.

Tərəflər müəyyən edilmiş məsələlərin həyata keçirilməsi üçün mütəmadi işgüzar əlaqələrin davam etdirilməsi barədə razılığa gəliblər.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur