Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri ilə görüşüb
Özbəkistanda keçirilən II Beynəlxalq Maqom Sənəti Forumu çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov ilə görüşüb.
Təşkilatın üzv ölkəsi - Qırğızıstanla əməkdaşlığın vacibliyini vurğulayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi qurumun Qırğızıstanda Alıkul Osmonov adına Ev Muzeyində başladığı bərpa və muzeyləşdirmə işlərindən danışıb.
Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Qırğızıstan ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əlaqələrin daha da uğurla genişlənməsinə fəal dəstək verəcəyini bildirib.
Görüşdə gələcək əməkdaşlığın perspektivləri, cari və sonrakı illər üçün nəzərdə tutulan proqram və layihələr, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.