Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Raimkulova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Raimkulova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi ilə görüşüb

07 iyun 2024 10:06

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay ilə görüşüb.
Görüşdə müasir dövrdə xalqlararası qarşılıqlı anlaşmanın gücləndirilməsində, eləcə də regionda sülh və sabitliyin möhkəmləndirilməsində mədəniyyət amilinin əhəmiyyətindən söz açılıb.
Aktotı Raimkulova türk xalqlarının mədəni irsinin qorunub saxlanması, ikitərəfli və çoxtərəfli əməkdaşlığının genişləndirilməsi istiqamətində Türk Mədəniyyəti və İrsi Fondunun çoxşaxəli fəaliyyətindən bəhs edib.
Görüşdə 2024-2026-cı illər üzrə Azərbaycan Respublikasının AQEM-ə uğurla sədrlik edəcəyinə əminlik ifadə olunub.
AQEM-in Baş katibi Kayrat Sarıbay Fond tərəfindən ümumtürk maddi-mənəvi irsinin tanıdılması və bərpası, eləcə də ölkələr və xalqlar arasında mədəni dialoqun gücləndirilməsi yönündə aparılan işləri təqdirəlayiq hesab edib.  
Görüş Fond ilə AQEM-in birgə maraq doğuran və aktual məsələlər üzrə əməkdaşlıq imkanlarına dair müzakirələrlə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur