Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dövlətləri Təşkilatının Baş katibi ilə görüşüb
18 yanvar 2024
12:22
18 yanvar 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyəyə rəsmi səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omurəliyev ilə görüşüb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti və Türk Dövlətləri Təşkilatının Baş katibi 2023-cü ilin noyabrında Astana Sammitində dövlət başçıları tərəfindən qəbul edilmiş qərarların həyata keçirilməsi yönündə əməkdaşlıq strategiyalarını müzakirə ediblər.
Onlar həmçinin Türk Əməkdaşlıq Təşkilatları Koordinasiya Komitəsinin 4-cü toplantısı ilə bağlı perspektivləri bölüşüblər.