Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin dördüncü iclasında iştirak edib

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin dördüncü iclasında iştirak edib

19 yanvar 2024 12:22

19 yanvar 2024-cü il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova İstanbulda Türk Əməkdaşlıq Təşkilatlarının Koordinasiya Komitəsinin dördüncü iclasında iştirak edib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyevin sədrliyi ilə keçirilən toplantıda həmçinin, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, TÜRKSOY-un Baş katibi Sultan Raev və Türk Akademiyasının prezidenti Şahin Mustafayev iştirak edib.

İclasda nümayəndə heyətləri təmsil etdikləri təşkilatların 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatları təqdim edib, 2024-cü il üçün planlarını bölüşüb, həmçinin Türk Dövlətləri Təşkilatının Astanada keçirilən 10-cu Zirvə Toplantısının qərarlarının icrası istiqamətində müzakirələr aparıblar. Aktotı Raimkulova sözügedən Zirvə toplantısında qəbul edilmiş “Türk Əsri” (“TURKTIME!”) strateji proqramının həyata keçirilməsinə dair Fondun mülahizəsini təqdim edib.

İclasın yekununda Türk Əməkdaşlıq Təşkilatlarının 2024-cü il üzrə birgə Fəaliyyət Planı qəbul edilib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur