Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikası Prezidentinin baş müşaviri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikası Prezidentinin baş müşaviri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikası Prezidentinin baş müşaviri, Türkiyə Respublikasının Prezidenti yanında Mədəniyyət və İncəsənət Siyasəti Şurasının üzvü Fecir Alptekin ilə görüşüb.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Türkiyə Respublikası arasında yüksələn xəttlə davam edən işbirliyi əlaqələrindən söz açılıb. Fondun Türkiyənin çoxəsrlik mədəni dəyərlərinin qorunması və tanıdılması yönündə beynəlxalq səviyyəli layihə və tədbirlərinə diqqət çəkilib. Ümumtürk irsinin dünyada təbliğinin və bu sahədə birgə əməkdaşlığın önəmi vurğulanıb.
Eyni zamanda görüşdə Fondun və Türkiyə Respublikasının Prezidenti yanında Mədəniyyət və İncəsənət Siyasəti Şurasının ümumi fəaliyyətlərindən bəhs olunub.
Görüş Fond ilə Türkiyə Respublikasının Prezidenti yanında Mədəniyyət və İncəsənət Siyasəti Şurasının gələcək tərəfdaşlığı üzrə ilkin istiqamətlərin müəyyənləşdirilməsinə dair müzakirələrlə davam edib.