Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikası xarici işlər nazirinin müavini ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikası xarici işlər nazirinin müavini ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankaraya rəsmi səfəri çərçivəsində Türkiyə Respublikası xarici işlər nazirinin müavini Ahmet Yıldız ilə görüşüb.
Görüşdə Fond tərəfindən həyata keçirilən layihə və tədbirlər istiqamətində fikir mübadiləsi aparılıb. Təşkilatın Türk Dünyasının mədəniyyəti və irsi sahəsində mühüm əməkdaşlıq platforması olduğu vurğulanıb. Bu çərçivədə Fondun qurucu üzv ölkəsi Türkiyə Respublikasının təşkilatın fəaliyyətlərinə töhfəsi dəyərləndirilib.
Görüş Türkiyə Respublikası Xarici İşlər Nazirliyi tərəfindən Fondun həyata keçirəcəyi layihələri və hüquqi tənzimləmələri, mövcud əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini, Türk Dünyası üçün mühüm əhəmiyyət daşıyan mədəniyyət və irs sahələrində yeni araşdırmaları dəstəklənməsi yönündə müzakirələrlə davam edib.