Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikasının birinci xanımının təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli sessiyada iştirak edib
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikasının birinci xanımının təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli sessiyada iştirak edib
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyə Respublikasının birinci xanımının təşkilatçılığı ilə keçirilən yüksək səviyyəli sessiyada iştirak edib.
3-cü Antalya Diplomatiya Forumu çərçivəsində “Qadın, sülh və təhlükəsizlik üzrə yüksək səviyyəli sessiya” adlı panel keçirilib. Panel Türkiyə Respublikasının birinci xanımı Zatı-aliləri Emine Erdoğanın himayəsi ilə təşkil olunub.
Paneldə Emine Erdoğan, dövlət başçılarının həyat yoldaşları və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
Tədbirdə həmçinin Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova da iştirak edib.
Çıxışında Emine Erdoğan 3-cü Antalya Diplomatiya Forumunun əsas mövzusunun “Böhran Dövründə Diplomatiyanın önə çıxarılması və rolu” olduğunu vurğulayıb.
Emine Erdoğan müharibələrdə bütün təbəqələrin zərər gördüyünü, qadınların xüsusilə təsirləndiyini bildirib. O, daha inklüziv, davamlı və ədalətli dünya sülhünün bərpasında qadınların mühüm rolunu vurğulayıb.
Panel uşaq folklor ansamblının çıxışı ilə başa çatıb.
Daha sonra birinci xanım və qonaqlar Türkiyənin mədəni müxtəlifliyini əks etdirən orijinal dizaynların təqdim olunduğu əl istehsalı tekstil sərgisinə baxıblar.