Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Fransadakı səfiri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin Fransadakı səfiri ilə görüşüb

21 mart 2024 16:46

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fransaya işgüzar səfəri çərçivəsində Türkiyə Respublikasının Fransa Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yunus Demirer ilə görüşüb.
Görüşdə Fondun qurucu üzv ölkəsi Türkiyə Respublikası ilə aktiv əməkdaşlıq münasibətlərindən söz açılıb. Fond tərəfindən, ümumtürk irsinin, o cümlədən Türkiyənin qədim və zəngin mədəni dəyərlərinin qorunması və tanıdılması yönündə ötən ilin 3 noyabrında TDT-nin Astana Zirvəsində Türk Dövlətlərinin Başçıları tərəfindən qəbul olunan TURKTIME strateji proqramı çərçivəsində növbəti iki il üçün planlaşdırılan layihələrdən bəhs olunub.
Görüşdə həmçinin, Fond tərəfindən üzv ölkələrin ekpertlərinin və dövlət qurumlarının nümayəndələrinin iştirakları ilə “Türk Dünyasının mədəni irsinin qorunması haqqında” Konvensiyanın hazırlanması prosesinə başlanılması yüksək qiymətləndirilib.
Görüş Fond ilə Türkiyənin Fransadakı Səfirliyi arasında qarşılıqlı əməkdaşlığın perspektivlərinin dəyərləndirilməsinə və gələcək birgə layihələrin həyata keçirilməsinə dair müzakirələrlə davam edib.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur