Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri ilə görüşüb

19 yanvar 2024 11:22

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Ankara şəhərinə rəsmi səfəri çərçivəsində Türkiyənin UNESCO üzrə Milli Komissiyasının sədri Öcal Oğuz ilə görüşüb.

Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun Türk dövlətlərinin UNESCO üzrə Milli Komissiyaları ilə mövcud əməkdaşlıq münasibətlərindən söz açılıb. UNESCO çərçivəsində Fond ilə təşkilata üzv ölkələrin Milli Komissiyaları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

UNESCO-nun qeyri-maddi və maddi mədəni irs nümunələrinin qorunması haqqında müvafiq sənədləri ətrafında fikir mübadiləsi aparılıb. Fondun UNESCO-nun tədbirlərində daha yaxından iştirakına tam dəstək ifadə olunub.

Görüş Türk Mədəniyyəti və İrsi Fondunun Türkiyənin UNESCO üzrə Milli Komissiyası ilə gələcək əməkdaşlığının istiqamətləri və birgə layihələrinə dair müzakirələrlə yekunlaşıb.

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur