Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbulda Fatih Bələdiyyəsinin sədri ilə görüşüb
Xəbərlər
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türkiyəyə rəsmi səfəri çərçivəsində İstanbulda Fatih Bələdiyyəsinin sədri ilə görüşüb
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Türkiyəyə səfəri çərçivəsində İstanbulda Fatih Bələdiyyəsinin sədri Mehmet Ergün Turan ilə görüşüb.
Görüşdə İstanbulun önəmli tarixi ərazilərinin yerləşdiyi Suriçi bölgəsi üzrə məsul Fatih Bələdiyyəsinin bölgədə həyata keçirdiyi mədəni irs tədbirləri və layihələri haqqında məlumat verilib.
Görüşdə Türk Mədəniyyəti və İrsi Fondunun mədəniyyət və irs sahəsində bugünədək gerçəkləşdirdiyi və qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan fəaliyyətləri müzakirə edilib.
Mədəniyyət və irs sahəsinin Türk Dünyası üçün böyük əhəmiyyətinin vurğulandığı görüşdə iki qurum arasında ərazi idarəçiliyi və mədəni irs istiqamətində əməkdaşlığın perspektivləri dəyərləndirilib.