Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dünyasının mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi programı yekun seminarlarla başa çatıb...

Xəbərlər

Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə Türkiyənin İstanbul şəhərində keçirilən Türk Dünyasının mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi programı yekun seminarlarla başa çatıb

27 sentyabr 2024 15:27

Türkiyənin İstanbul şəhərində Türk Dünyasının mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi programı çərçivəsində elmi-praktiki seminar keçirilib.
Seminarın birinci sessiyasında iştirakçılar ölkələrindəki mədəni irsin mühafizəsinin tətbiqi üsulları, sahə üzrə mənbələr və  qanunvericilik haqqında fikirlərini bildiriblər. Həmçinin mədəni irslə bağlı qurumlar və ölkələr arasında koordinasiyanın gücləndirilməsi, ümumi qanunvericiliyin hazırlanması və maarifləndirilmənin aparılması məqsədilə mümkün layihə və proqramlar müzakirə olunub.
İkinci sessiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistanı təmsil edən iştirakçılar öz ölkəsi miqyasında aidiyatı qurumların mədəni irsin mühafizəsi üzrə apardığı işlər haqqında məlumatlandırıcı təqdimatla çıxış ediblər. Bu iclasda seminara ev sahibi edən ölkənin - Türkiyənin Çanaqqala Savaşları Gelibolu Tarixi Sahə Müdirliyinin nümayəndələri iştirak ediblər.
Tədbirin növbəti hissəsində keçirilən “Türk Dünyasında Mədəni İrs və Qoruma” adlı paneldə Türkiyədən Yıldız Teknik Universitetindən professor Zeynep Gül Ünal, Georgia Universitetindən professor James K. Reap və Liverpool Universitetindən professor Soumyen Bandyopadhyay məruzələrini səsləndiriblər.
Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə 23-27 sentyabr 2024-cü il tarixlərində gerçəkləşdirilən Türk Dünyasının mədəni irsinin idarə olunması üzrə təcrübə mübadiləsi programı Fondun prezidenti Aktotı Raimkulovanın, IICAS direktoru Evren Rutbilin və İstanbul Ticarət Universiteti Mütəxəssislər Şurasının sədri İsrafil Kuralayın yekun nitqləri ilə başa çatıb və iştirakçılara sertifikatlar verilib.
Türk Dünyası Mədəni İrs İdarəçiləri üçün müxtəlif fəaliyyət və qarşılıqlı əlaqələri ehtiva edən Təcrübə Mübadiləsi Proqramı çərçivəsində gələcəkdə yeni layihələrə və araşdırmalara təkan verəcəyi gözlənilən yeni işbirliklərinin təməlləri atılıb.
 

Copyright © 2015 - 2024 itchf Azərbaycan. Bütün hüquqlar qorunur